Tarixi evin qorunmasına ehtiyac yaranıb

14 2018 11:49

Azərbaycan kinosunun incilərindən biri olan “Uzaq sahillərdə” filminin ekranlara çıxdığı vaxtdan 60 il keçir. Filmin bəzi səhnələri Ağsu rayonunda çəkilib. Üzərindən bu qədər zaman ötməsinə baxmayaraq, həmin tarixi yerlər hələ də qalmaqdadır. “Uzaq sahillərdə” filmində partizan Mixaylonunun sığındığı Vesilinin atasının evi bugünə qədər qalsa da onun qorunmasına ehtiyac duyulur. Filmin çəkilişlərinin şahidi olan rayon sakinləri deyir ki, böyük bir tarixi hadisəni özündə əks etdirən səhnənin qeydə alındığı bu Ağsunun Kövlüc kəndindəki ev zaman keçdikcə tamamilə sıradan çıxa bilər. Rayon sakinləri bildirir ki, köhnə evə Ağsuya gələn turistlərin səfərlərini də təşkil etmək olar. Tarixi məkan kimi turistlərə bu evi göstərmək məqsədəuyğun hesab edilir. Qeyd edək ki, “Uzaq Sahillərdə” filmində faşistlərin anbarlarından ərzaqların daşınması səhnəsi Ağsu dolaylarında çəkilib. Ağsu rayon Mədəniyyət və Turizm şöbəsindən şifahi olaraq bildirildi ki, gələcəkdə həmin evə baxış keçiriləcək. Tarixi evin qorunub saxlanılması və həmin evə turistlərin cəlb olunması istiqamətində lazımi addımlar atılacaq.