https://youtu.be/dpVQ9G81y0s

Kümçülərin işi asanlaşacaq

14 2018 11:53

Sabirabadda barama emalı müəssisəsi yaradılacaq. Artıq bu istiqamətdə işlərə start verilib. Sabirabadda baramanın qurudulması və boğulması üçün birinci sexin tikintisinə artıq başlanılıb. İlkin mərhələdə Sabirabad və Saatlı rayonlarındakı kümçülərdən qəbul ediləcək barama məhsulu 600 kvadratmetrlik anbara toplanacaq. Növbəti mərhələdə ikinci sexin də inşasına start veriləcək. Əyirici sex fəaliyyətə başladıqdan sonra isə müəssisə mövsüm ərzində 2000 ton məhsul emal etmək gücündə olacaq. Bu işin reallaşmasında Şəki İpəkçilik Müəssisəsinin təcrübəsindən də istifadə olunacaq. Bölgədə belə bir müəssisəninin fəaliyyətə başlaması kümçülərin işini asanlaşdıracaq. Çünki bugünə qədər bölgədəki kümçülər əldə etdikləri baramanı yalnız Şəkidəki İpəkçilik müəssisəsinə təhvil verirdilər. Bu da hər şeydən öncə zaman itkisinə səbəb olurdu. Amma Sabirabad və Saatlı ilə yanaşı gələcəkdə ətraf rayonların kümçüləri də baramanı zaman itkisinə yol vermədən Sabirabadın Türkədi kəndindəki müəssisəyə təhvil verəcəklər. Qəbul məntəqəsinin və sexlərinin fəaliyyətə başlaması Mərkəzi Aran bölgəsində baramaçılığın sürətlə inkişafına təkan verəcək. Eyni zamanda məşğulluğun təmin olunmasına təsirini göstərəcək. Gələcəkdə müəssisənin genişləndirilməsi, emal sexlərinin sayının artırılması nəzərdə tutulur.