Bayraq Meydanı inşa olunacaq

14 2018 11:57

Eni 9, uzunluğu isə 18 metr olan dövlət bayrağımız tezliklə Ağsuda da dalğalanacaq. 70 metr hündürlüyükdə dalğlanacaq bu bayrağı rayonun hər yerindən görmək mümkün olacaq. Park, Gənclər evi və Bayraq muzeyindən ibarət olan kompleks inşa edilir. Tikinti prosesində yüksək keyfiyyətli yerli və xarici materiallardan istifadə olunur. Eni 9, uzunluğu 18 metr olan Dövlət Bayrağımız hazırda inşası davam etdirilən Ağsu Bayraq Meydanında asılacaq. Ağsu rayonunun qərb hissəsində yerləşən Bayraq Meydanın tikintisinin bu ilin may ayınadək yekunlaşdırılması nəzərdə tutulur. Meydanda dalğlanacaq üzrəngli bayrağımızı rayonun dörd bir tərəfindən baxdıqda görmək mümkün olacaq.