https://youtu.be/dpVQ9G81y0s

Şahbaz Quliyevdən sonuncu məktub ötən il gəlib

19 2018 15:12


Şahbaz Quliyevin bacısı Radə Quliyeva deyir ki, qardaşından sonuncu məktubu ötən il dekabr ayının sonunda alıb. O vaxtdan bu yana erməni girovluğunda olan Şahbazdan məktub almayıblar. Radə Quliyevanın sözlərinə görə Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri yanvarın 29-da Şahbaz Quliyevə çatdırmaq üçün onlardan məktub götürüblər. Lakin həmin məktuba hələ ki cavab gəlməyib. Ermənilərin girov saxladığı Şahbaz Quluyev və Dilqəm Əsgərovun tezliklə qayıtması xəbərini, onların ailə üzvü və qohumlarından başqa səbirsizliklə gözləyənlər də var. Yaxınları deyir ki, Şahbazdan gələn məktubun ailə üzvlərindən hansına çatmasından asılı olmayaraq onlar bu barədə biri-birini məlumatlandırırlar. Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova televiziyamıza şifahi olaraq bildirib ki, ötən həftə komitənin nümayəndələri Dağlıq Qarabağda saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkiblər. İlahə Hüseynovanın sözlərinə görə, həmin şəxslərdən məlumatlar götürülərək ailələrinə çatdırılır.