https://youtu.be/dpVQ9G81y0s

İxracyönümlü növünün yetişdirilməsinə başlanılıb

19 2018 15:14


 

Ağsuda yeni pomidor növü 5 hektar ərazidə becərilir. “Kanka” adlanan növ yüksək məhsuldarlıq qabiliyyətinə malikdir. İldə yalnız bir dəfə əkilməsi mümkün olan bitkidən iyulun sonuna qədər məhsul yığılacaq. Xəstəliyə davamlı bitki uzun müddət açıq havada da qala bilir. Sahibkarlar bildirir ki, qış mövsümü olmasına baxmayaraq hazırda xarici bazarın tələbinə uyğun məhsul yetişdirilir. Elə buna görə də Azərbaycan pomidoruna xarici bazarlarda tələbat böyükdür. Bütün bunları nəzərə alaraq gələcəkdə illik istehsal gücünün 1000 tona çatdırılması nəzərdə tutulur. Amma ümumilikdə məhsulun hazırki satış qiyməti aşağıdır. Ağsu rayon Kənd Təsərrüfatı İdarəsindən verilən məlumata görə, istixanalar yaxşı gəlir gətirdiyindən bu il ərazisi daha da genişləndiriləcək. Müasir texnologiyaların tətbiqi nəticəsində istehsal prosesində enerji xərclərinə qənaət edilir. Bu da yetişdirilən tərəvəz məhsullarının maya dəyərinin aşağı olmasına və bazara rəqabətədavamlı məhsul çıxarmağa imkan verir.