https://youtu.be/dpVQ9G81y0s

Məsuliyyəti kim daşıyır, sürücü yoxsa, təsərrüfatçı?

19 2018 15:27


Magistral yollarda tez-tez mal qaranın avtomobillər tərəfindən vurulması hallarına rast gəlinir. Təsərrüfat sahibləri bildirir ki, mal-qaranı örüş sahələrinə aparıb-gətirərkən heyvanların avtomobillər tərəfindən vurulması halları baş verir. Bəzən sürücülər hərəkət edən obyektləri görsələr də sürəti alatmır. Sürücülər isə bu məsələdə fermerləri günahlandırır. Belə halların məhz onlarınm diqqətsizliyi ucbatından baş verdiyi deyirlər. Bildirirlər ki, təsərrüfatçılar heyvanları yolun kənarları ilə apararkən nəzarətsiz qoyurlar. Nəticədə isə yolun hərəkət hissəsinə çıxan heyvanları avtomobillər vurur. Sakinlər bildirir ki, mal-qaranın örüş sahələrinə aparılıb-gətirilməsi üçün xüsusi hərəkət hissəsi nəzərdə tutulub. Lakin fermerlər buna məhəl qoymur. Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul xidmətinin baş inspektoru Alim Məmmədovun sözlərinə görə, bu məsələ qanunvericiliklə də tənzimlənir. Qanunvericilik isə sürücünü diqqətli olmağa çağırır. Amma bu fermerlərə haqq qazandırmaq anlamına gəlmir. Ümumilikdə məsləhət bilinir ki, hər iki tərəf ehtiyatlı davranmalıdır. Fermerlər mal-qaranı aparıb-gətirərkən, sürücülər isə nəqliyyat vasitəsinin idarə edərkən vəziyyətə nəzarət etməlidirlər.