https://youtu.be/dpVQ9G81y0s

Cocuq Mərcanlıya suvarma kanalları çəkilir

19 2018 15:31


Cəbrayıl rayonunun Cocuq Mərcanlı, Füzulinin isə iki kəndində təsərrüfatçılar ümumilikdə 680 hektar əkin sahəsinin suvarılmasında çətinlik çəkməyəcəklər. Yaxın zamanlarda yeni suvarma kanalı fermerlərin istifadəsinə veriləcək. Bu məqsədlə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 280, Füzuli rayonunun Mirzənağılı və Qazaxlar kəndlərində isə 400 hektar əkinəyararlı torpaq sahəsinin suvarılması üçün yeni kanal çəkilir. Yeni su kanalı mənbəyini nasos stansiyası vasitəsilə Araz çayından götürəcək. Adları çəkilən 3 kənddən başqa digər Füzulinin digər yaşayış məntəqələrinin sakinləri də əkin sahələrini suvarmaq məqsədilə yeni çəkilən kanaldan faydalana biləcək. Suvarma kanalının çəkilişi başa çatdıqdan sonra, yüksək məhsuldarlığın əldə olunması üçün çətinlik qalmayacaq. Əkinə yararlı sahələrdə bol məhsul yetişdiriləcək. Uzunluğu 2 kilmetrə çatacaq suvarma kanalından təsərrüfatçılar yaxın vaxtlarda istifadə edə biləcəklər.