https://youtu.be/dpVQ9G81y0s

Buradakı qiymətlər alıcılara sərf edir

20 2018 12:11


Bölgələrdə Novruz Bayramı öncəsi kənd təsərrüfatı məhsullarının satış yarmarkalarına start verilib. Məqsəd bayramqabağı süni qiymət artımının qarşısını almaqdır. Soğanın bir kiloqramı alıcılara 40 qəpik, kartofun kiloqramı  60 qəpik, kələm 40 qəpik, pomidor və xiyarın kiloqramı 1 manat 50 qəpiyə təklif olunur. İmişlidə təşkil edilən yarmarkadakı qiymətlər alıcıları qane edir. Təkcə Ağsu rayonunda təşkil edilən yarmarkaya gün ərzində 8 ton 600 kiloqram mal və qoyun əti, 500 kiloqram balıq, 2 min 500 ədəd yumurta, 3 ton meyvə-tərəvəz, 1000 kiloqram qoz və fındıq olmaqla 20 adda kənd təsərrüfatı məhsulları çıxarıldı. İmişli və Ağsuda keçirilən yarmakalara bölgələrdə istehsal edilən məhsullar çıxarılır. Qiymətlərə də nəzarət edilir. Yarmarkaların aprel ayının əvvəllərinə qədər davam etdirilməsi nəzərdə tutulub.