https://youtu.be/dpVQ9G81y0s

Yemə olan tələbatı ödəyəcək

20 2018 12:12



Zərdabda yem emalı müəssisəsi istifadəyə verilib. Yeni müəssisə bölgədə heyvandarlıq və quşçuluq sahəsi üçün əhəmiyyətli olacaq. Hər birinin istehsal gücü saatda 2 ton olan toxum təmizləyən, yem üyüdən və ot doğrayan müəssisə bölgənin aqrar sektoru üçün əhəmiyyətli olacaq. Yemə olan tələbatın ödənilməsini təmin edəcək. İqtisadiyyat Nazirinin müavini Sahib Məmmədovun sözlərinə görə, Zərdabın Gəlmə kəndində belə bir müəssisənin  istifadəyə verilməsi məşğulluğun artırılmasına da təkan verəcək. Müəssisədə yem emalının həyata keçirilməsi heyvanlarını qapalı şəraitdə bəsləməyə üstünlük verən təsərrüfatçılar üçün daha əlverişli olacaq. Qeyd edək ki, aqrar sektorun inkişafına yönələn müəssisədən ətraf bölgələrin sakinləri də faydalana biləcək.