https://youtu.be/dpVQ9G81y0s

Modul tipli məktəblər quraşdırılacaq

21 2018 21:12


Füzuli, Laçın, Ağdam və Tərtər rayonlarında ümumilikdə modul tipli 8 yeni məktəb quraşdırılacaq. Yeni məktəblərin quraşdırılması şagirdlərin dərsə davamiyyətinə də təsir göstərəcək. Füzuli şəhər 20 saylı tam orta məktəb üçün 80 şagird yerlik, 24 saylı tam orta məktəb üçün isə 56 yerlik modul tipli məktəb quraşdırılacaq. Modul məktəblərin quraşdırılacağı yerlər müəyyənləşdirilir. Laçın rayonunun Ağbulaq, Solasar, Katos kənd məktəblərinin şagirdləri də modul tipli məktəblərdə təhsil alacaqlar. Laçınla yanaşı Ağdam və Tərtərdə də modul tipli məktəblər quraşdırılacaq. Ağdam şəhər 85 saylı, eyni zamanda Tərtər rayonunun Zolgəran və Kovdadıq kəndlərində ümumilikdə 172 şagird yerlik modul məktəblər tikiləcək. Yeni məktəblərin quraşdırılması şagirdlərin dərsə davamiyyətinə müsbət təsir göstərəcək. Köhbə məktəb binalardakı abı-havanı aradan qaldıracaq. Modul tipli məktəblər həm də şagirdlərin daha isti şəraiti olan otaqlarda dərs keçməsinə imkan verəcək. Qeyd edək ki, məktəblərin tikintisinə yaxın zamanarda start veriləcək.