https://youtu.be/dpVQ9G81y0s

İdmançılar Bakıda yarışacaq

21 2018 21:16


Paytaxt Bakıda taekvondo idman növü üzrə Azərbaycan çempionatı keçiriləcək. Yarışda Ağdaşdan olan 4 taekvondoçu da mübarizə aparacaq. Bəhram İsgəndərov 7 ildir taekvondo idman növü ilə məşğul olur. Yeniyetmə idmançı bir sıra ölkədaxili və beynəlxalq yarışların qalibi və mükafatçısıdır. Hazırda taekvondoçu bu ayın 22-dən 25-ə qədər paytaxt Bakıda keçiriləcək Azərbaycan çempionatına hazırlaşır. Bəhram İsgəndoravla birgə mötəbər yarışda Ağdaşı daha 3 taekvondoçu təmsil edəcək. Ağdaş Taekvondo komandasının məşqçisi Eşqin İsmayılov yetirmələrinin hazırlıq prosesindən razıdır. O inanır ki, Azərbaycan çempionatında komandası uğurlu çıxış edəcək. Qeyd edək ki, respublika çempionatında yüksək yer tutan taekvondoçular milli komandanın heyətinə cəlb olunacaq.