https://youtu.be/dpVQ9G81y0s

Taxıl birinci gübrə verilir

23 2018 18:00


Saatlıda taxıl sahələrin birinci gübrələmə işlərinə start verilib. Fermerlər gübrələr hesabına məhsuldarlığın ikiqat artacağı qənaətindədir. Fermerlər taxıl əkilən sahələrdə gübrələmə işi aprmaqla gələcəkdə yüksək məhsuldarlığa nail olacaqlar. Əkini zamanı torpağa verilən “amofos” gübrəsi yüksək çıxışın əldə olunmasına şərait yaradıb. Hazırda isə təsərrüfatçılar hər hektar əraziyə 185 kiloqram karbamid gübrəsi səpirlər. Fermerlər deyir ki, bitkiyə verilən gübrə taxıl borularının sayını çoxaldır. Mart ayında isə sünbül borularında məhsuldarlığı artırmaq üçün əlavə gübrələmə aparılacaq. Təsərrüfatçılar deyir ki, gübrə əldə etməkdə də çətinlik çəkmirlər. Gübrələrin güzəştli şərtlərlə verilməsi onların işini asanlaşdırır. Qeyd edək ki, ötən illərlə müqayisədə bu il taxıl sahələri daha da genişləndirilib. Məsələn, təkcə Saatlı rayonunda ötən illə müqayisədə taxıl sahələri bu il 1715 hektar artılaraq 22150 hektara çatdırılıb.