https://youtu.be/dpVQ9G81y0s

Qəribə hadisə

23 2018 18:08


İmişlidə xırdabuynuzlu heyvanların bəsləndiyi təsərrüfatlardan birində qəribə hadisə baş verib. Keçi 5 bala dünyaya gətirərək sahibini təəccübləndirib. Tez-tez təsadüf olunmayan hadisə İmişli rayonunun Qulubəyli kəndi ərazisində yerləşən fermalardan birində baş verib. Təsərrüfatındakı keçinin 5 bala dünyaya gətirdiyini görən Əli Şahbazov əvvəlcə gözlərinə inanmayıb. Amma sonradan bunun həqiqət olduğunu anlayıb. Balaların soyuqdan qorunması üçün lazımi tədbirlər görülüb. Təsərrüfatçı deyir ki, 5 bala dünyaya gətirən ana keçinin özü vaxtilə doğulan 4 baladan biridir. Baytar həkimlər bala keçilərin vəziyyətinin normal olduğunu deyirlər. Heyvanların qidalanması da öz qaydasındadır. Mütəxəssislər keçinin birdən-birə 5 bala dünyaya gətirməsinin səbəbini yaxşı qidalandırılmasında görürlər.