https://youtu.be/dpVQ9G81y0s

Ağsu çayı təhlükə yaradır

23 2018 18:09


Son günlər yağan intensiv yağışlar Ağsu çayının da məcrasının dəyişməsinə səbəb olub. Gələcəkdə çayın ətrafındakı evlər üçün təhlükənin yaranma ehtimalı var. Ağsu rayon sakinlərinin sözlərinə görə, Ağsu çayında suyun səviyyəsi artarsa, ətraf ərazilər üçün təhlükə daha da artar. Çayın sol sahili boyunca yerləşən evlərə ziyan dəyə bilər. Ağsu rayon Suvarma Sistemləri İdarəsi də çayının məcrasını dəyişdiyini və bunun da ətraf ərazilər üçün təhlükə yarada biləcəyini təsdiqləyir. İdarənin nümayəndəsi deyir ki, son günlər yağışların intensiv yağması nəticəsində gedən prosesin qarşısını almaq üçün lazımi addımlar atılacaq. İdarə nümayəndəsinin sözlərinə görə yaranan təhlükə tezliklə aradan qaldırılacaq.