https://youtu.be/dpVQ9G81y0s

Fərdi təsərrüfatlara maraq artıb

24 2018 14:07

Südlük və ətlik istiqamətli heyvandarlıq daha da inkişaf etdiriləcək. Artıq sakinlər bu məsələdə daha çox avtivlik göstərməyə başlayıblar. Südlük və ətlik istiqamətli heyvandarlıq təsərrüfatı qurmaq istəyənlərin sayı artıb. İndi insanlar bu sahənin inkişafına daha çox töfhə vermək marağındadırlar. Onlar bu məqsədlə lazımi təlimləri də alırlar. Sakinlər deyir ki, fərdi təsərrüfatların sayının çoxalması fonunda məşğulluq səviyyəsi də artacaq. Bu da sosial durumun daha da yaxşılaşmasına təkan verəcək. Ağdam və Laçın rayon Məşğulluq Mərkəzlərindən isə bildirilir ki, bu il özünüməşğulluq proqramına qoşulan sakinlərin sayı daha çox olacaq. Qeyd edək ki, sakinlərin özünüməşğulluğunun təmin edilməsi proqramı çərçivəsində bu il qurulacaq fərdi təsərrüfatların sayı da artacaq.