https://youtu.be/dpVQ9G81y0s

Təmas xəttinə yaxın ərazidə tibbi müayinə

24 2018 14:17

Təmas xəttinə yaxın ərazilərdə yaşayan insanlar tibbi yoxlamadan keçirilir. Müayinələr səyyar formada aparılır. Tərtər rayonun təmas xəttinə yaxın Yuxarı Qaradağlı kəndində təşkil olunan tibbi müayinədən Ərəstun Əhmədov da yararlandı. Səhhətindəki durumunu öyrənmək üçün onlara lazımi imkanların yaradıldığını bildirdi. Təmas xəttinə yaxın ərazilərdə yaşayan sakinlərin tibbi müayinəsi üçün lazımi avadanlıqlarla təhciz olunmuş xüsusi nəqliyyat vasitələri də ayrılıb. İlkin olaraq Tərtərin Qarağacı, Qapanlı və Qaradağlı kəndlərinin sakinləri müayinə edilir. Aparılan müayinələr zamanı insanlarda əsasən arterial təzyiqin yüksək olması və şəkərli diabet xəstəliklərinə daha çox rast gəlinir. Səhhətində ciddi xəstəliklərin olması ehtimal edilən sakinlərə dəqiq diaqnozun qoyulması üçün göndərişlər verilir.