https://youtu.be/dpVQ9G81y0s

Ermənilər onu diri-diri soydular

27 2018 11:51

Ermənilərin Xocalıda törətdikləri həm lentin yaddaşına köçürülüb, həm də insanların yaddaşına həkk olunub. Bu dəhşətləri gözləri ilə görən, soyqırımın canlı şahidi olanlar həm də xocalıların özləridir. Elə özləri deyəcək, ermənilərin xocalılara necə əzab verdiyini. Ermənilər Xocalı sakini Reyhan Abbasovanın dayısı oğlu Etibarın dərisini diri-diri soyublar. Qarlı-şaxtalı fevral günlərində həyatını çətinliklə qurtaran Reyhan Abbasova düşmən Xocalını daimi atəş altında saxladığına görə, yaxınlarını xilas edə bilmir. O, 25-dən 26-na keçən gecə bacısını və onunla yanaşı digər qohumlarını da itirir. Bugünə qədər də onlardan xəbər yoxdur. Xocalı sakini 59 yaşlı Musa Abbasov isə 7 gün şaxtalı havada meşədə qalıb. Musa dayı deyir ki, ermənilər Xocalıya hucum edəndə O, post komandiri kimi çalışırdı. Düşmənlər yaşayış məntəqələrini mühasirəyə aldıqda sonra, postları da atəşə tuturlar. Musa dayı və yoldaşları bu zaman meşəyə tərəf yollanırlar. Meşənin içərisində qərar tutaraq oraya insanları qoruyurlar. Nəhayət, 7 gündən sonra özləri və meşədə gecələyən həmin insanları oradan çıxarmaq mümkün olur. İndi Abbasovlar Xocalıya qayıdacaqları və girov düşən yaxınlarından xəbər alacaqlarına ümid edirlər.