https://youtu.be/dpVQ9G81y0s

Ömrü boyu doğum günün qeyd etmədi

27 2018 15:20


O, cəmi 31 il yaşadı. Şərəfli ömür yolunda bir dəfə də olsun özünə doğum günü keçirtmədi. İgidliyi ilə tarixə düşən vətənin qəhrəman oğlu daha bir mərdliyi ilə yaddaşlarda qaldı. Əsl vətən sevgisinin necə olduğunu göstərə bildi. Aprel döyüşləri zamanı şəhid olan Nəcməddin Savalanov fevralın 26-sı tarixində dünyaya göz açdığından doğum gününü qeyd etməyib. İmişlinin Göbəktala kəndində dünyaya gələn Nəcməddin hələ uşaq yaşlarından doğum gününü keçirməkdən imtina edir. Şəhidlik zirvəsinə ucalan Nəcməddin igidliyi, qorxmazlığı ilə qalır yaddaşlarda. Döyüş yoldaşları deyir ki, aprel döyüşləri zamanı böyük mərdliklə vuruşan Nəcməddin hərbidə xidmət etdiyi vaxtlarda da özünə doğum günü keçirtmirdi. Şəhidin azyaşlı övladları, bütün ailə üzvləri və döyüş yoldaşları onun məzarını ziyarət edərək, ruhuna dualar oxudular.