https://youtu.be/dpVQ9G81y0s

Otun qiyməti yüksəkdir

01 2018 19:39

Hazırda təsərrüfatçıların əsas qayğılarından biri heyvanları qışdan çıxarmaqdır. Bəs görəsən, ot bağlamasının mövcud qiyməti buna imkan verirmi? Ot bağlamasının alqı-satqısı ilə məşğul olanlar qiymətlərin yüksək olduğunu deyirlər. Onlar bunu yağıntıların az düşməsi iləm əlaqələndirirlər. Belə yağıntının az olması təzə otların çıxmasını ləngidir. Nəticədə, ot bağlamasına tələbat azalmır. Bu da qiymətlərə təsir göstərir. Hazırki qiymət isə təsərrüfatçılara sərf etmir. Əsasən də qış ehtiyatını toplamayan fermerlərə. Onlar belə olan halda heyvanların baş sayını azaltmaq barədə düşünürlər. Fermerlər yağıntının az olması səbəbilə yeni otların çıxması prosesinin ləngiməsi fonunda quru ota yaranan tələbatın azalmayacağını, nəticədə isə ot bağlamasının qiymətinin qalxacağını proznozlaşdırırlar.