https://youtu.be/dpVQ9G81y0s

Budoçular yarışdı

01 2018 20:46


İmişli Olimpiya-İdman Kompleksində uşaq, yeniyetmə və gənclər arasında budo döyüş növləri üzrə açıq Azərbaycan çempionatı keçirilib. 2 gün davam edən yarışın sonunda qalib gələn idmançılar mükafatlandırılıb. Azərbaycan Budo Döyüş Növləri Federasiyasının, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən turnirdə ölkəmizin şəhər və rayonlarını təmsil edən 20 komandanın 200-ə yaxın idmançısı qalib adı uğrunda mübarizə aparıb. İki gün davam edən yarışlarda idmançılar budo döyüş növlərinin full-kontakt, fri-kontakt və semi-kontakt növlərində qüvvələrini sınayıblar. Maraqlı idman mübarizəsi şəraitində keçən döyüşlər iki gün davam edib. Yarışda ilk 3 yeri tutan idmançılara Gənclər və İdman Nazirliyinin diplomları və Azərbaycan Budo Döyüş Növləri Federasiyasının medalları təqdim edilib. Sonda ilk pillənin sahibləri aprel ayında Moldovanın Kişinyov şəhərində təşkil olunacaq Avropa çempionatına vəsiqə əldə qazanıblar.