https://youtu.be/dpVQ9G81y0s

Pomidorda xəstəlik yaranıb

03 2018 10:56


İstixana şəraitində yetişdirilən pomidor bitkisində mənşəyi bilinməyən xəstəlik əmələ gəlib. Xəstəliyə qarşı aparılan mübarizə tədbirləri də effekt verməyib. Fermerlər deyir ki, bu il yayılan xəstəlik səbəbindən istixanalarda yetişdirilən pomidor bitkisinin məhsuldarlığı aşağı olacaq. Təsərrüfatçıların sözlərinə görə, xəstəlik əsasən xarici bazarlara çıxarmaq məqsədilə becərilən sortlarda müşahidə edilir. Mütəxəssislər isə xəstəliyin mövsümi olduğunu deyir. Məhsudarlığın aşağı olmasına gətirib çıxaran xəstəliklə mübarizə aparmaq üçün təsərrüfatçılar mütəxəssislərlə daimi məsləhətləşmə aparmalıdır. Təsərrüfatçıların sözlərinə görə, 10-15 gündən sonra istixanadan məhsul yığımına başlanılacaq. Lakin fermerlər mövcud vəziyyət səbəbindən nəzərdə tutulandan 5-7 ton az məhsul götürəcəklərini proqnozlaşdırırlar.