https://youtu.be/dpVQ9G81y0s

Gənclər regionları seçsələr yaxşıdır

03 2018 11:02


Regionlarda yaşayan, dövlət qulluğunda çalışmaq istəyənlər üçün xəbərimiz var. Belə şəxslər dövlət qulluğunun müsabiqə mərhələsində iştirak etmək üçün Bakıya getməyəcəklər. Dövlət qulluğunun müsabiqə mərhələsinə imtahanlar bölgələrdə də təşkil olunacaq. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə regionlarda yaşayan gənclərə dövlət qulluğunda çalışmaq üçün elə bölgələri seçmələrini məsləhət bilir. Dövlət qulluğunda çalışmaq istəyənlər üçün müsabiqəyə regionlardan kifayət qədər boş yeri təqdim edildiyini deyir. Dövlət İmtahan Mərkəzinin sədri dövlət qulluğuna növbəti müsabiqənin keçiriləcəyi vaxtı da açıqlayır. Növbəti müsabiqə mart ayında təşkil ediləcək. Hazırda isə Bakı şəhəri də daxil olmaqla 9 regionda fevral ayında dövlət qulluğuna keçirilən imtahanların müsahibə mərhələsi davam etdirilir.