https://youtu.be/dpVQ9G81y0s

Olimpiya idman kompleksi tikilir

03 2018 11:38


Tərtərdə olimpiya idman kompleksinin təməli qoyulub. Rayonda idmanın müxtəlif növləri ilə məşğul olanlar və olmaq istəyənlər üçün əlverişli mühit yaradılacaq. Tərtərli idmançıların uzun illərdir çəkdiyi həsrətə son qoyulacaq. Qısa vaxt ərzində onlar daha geniş və komfortlu zallarda, hər bir şəraiti olan binada öz məşqlərini davam etdirə biləcəklər. Artıq inşasına start verilən idman kompleksi tərtərdən olan  idmançıların daha böyük nailiyyətlər qazanmasına imkan verəcək. İdmançılar səylərini artıracaqlarına söz verirlər.  Olimpiya idman kompleksində karate, boks, güləş, cüdo, bodminton, voleybol və digər idman növlərinin keçirilməsi üçün, müasir tələblərə cavab verən şərait yaradılacaq.