https://youtu.be/dpVQ9G81y0s

Region mətubatının çətinliyi...

03 2018 15:21


Region mətbuatının inkişafı ilə bağlı layihə hazırlanıb. Bu barədə müzakirələr jurnalistlərin 7-ci qurultayında aparılacaq. Hazırda region mətbuatı bir sıra çətinliklər yaşayır. Mətubat Şurasının sədri Əflatun Amaşov deyir ki, bu çətinliklərin aradan qaldırılması və region mətbuatının inkişafı üçün bəzi hədəflər müəyyənləşdirilir. Müəyyən çətinliklər səbəbindən fəaliyyətini dayandıran mətubat orqanlarının yenidən çalışması üçün onlara bəzi güzəştlərin tətbiq olunması məsələsi də gündəmdədir. Qəzet oxucularının da sayı azalır. Məsələn, oxucu Tahir Məmmədov əvvəllər 19-a yaxın bölgə qəzetinin abunəçisi idisə, indi yalnız 1 və ya 2 qəzetdən yararlana bilir. Mətubat Şurasının sədri də oxucu probleminin yaşandığını təsdiq edir. Oxucu problemini də həll etmək üçün addımlar atılacaq. Qeyd edək ki, region mətbuatının inkişafı ilə bağlı müzakirələr bu ayın 10-da jurnalistlərin 7-ci qurultayında aparılacaq.