https://youtu.be/dpVQ9G81y0s

Məcburi köçkünlərə evlər verilir

03 2018 15:26


Tərtər rayonu ərazisində yaşayan məcburi köçkünlər builki novruz bayramını yeni mənzillərdə qarşılayacaqlar. Rayon ərazisindəki məcburi köçkünlərə mənzillər verilir. Dövlətqaçqınkomun Tərtər rayon şöbəsinin baş məsləhətçisi Nazim Səfərovun sözlərinə görə, yeni mənzillərdə əsasən rayon ərazisindəki inzibati binalarda və çiy kərpicdən tikilən evlərdə məskunlaşan məcburi köçkünlər yerləşdiriləcək. Məcburi köçkünlərin evlərlə təminatı mənzil məcəlləsinə uyğun olaraq həyata keçirilir. Köçürmə prosesinin yaxın zamanda başa çatdırılması nəzərdə tutulur.