https://youtu.be/dpVQ9G81y0s

Hər ton üçün 4 manat nəzərdə tutulub

03 2018 15:38


Bu ildən etibarən şəkər çuğunduru istehsalı ilə məşğul olan fermerlərə subsidayalar veriləcək. Nəticədə, şəkər çuğunduru istehsalı artacaq. Şəkər çuğunduru istehsalçıları hər tona məhsula görə 4 manat subsidiya alacaqlar. Bu məqsədlə 1 milyon 584 min manat vəsait ayrılıb. Subsidiyanın verilməsi ölkədə şəkər tozuna olan tələbatın daxili istehsal hesabına ödənilməsinə təkan verəcək. Təsərrüfatçıların şəkər çuğunduru əkib-becərməyə marağı artacaq. Təsərrüfatçılar subsidiyaları plastik kartlar vasitəsilə alacaqlar. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, subsidiyaların fermerlərə çatdırılmasına yaxın günlərdə start veriləcək.