https://youtu.be/dpVQ9G81y0s

Simulyator yarışları təşkil edilir

04 2018 13:28


“Sənin sürət formulan” şüarı altında növbəti Formula-1 simulyator yarışları Horadizdə keçirilib. Yarış Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və Azərbaycan Avtomobil Federasiyasının birgə təşkilatçılığı ilə avtoidman üzrə maarifləndirmə ayı çərçivəsində baş tutub. Horadiz şəhər 2 saylı tam orta məktəbin şagirdi Hüseyn Eyvazov Bakı şəhər Halqasını 1 dəqiqə 50 saniyəyə dövrə vuraraq ən yüksək nəticəni göstərdi. Bakıda keçiriləcək final mərhələsində yarışmaq üçün vəsiqə qazandı. Simulyator yarışlarında bölgə gəncləri Azərbaycan Avtomobil Federasiyasının “Yol hərəkəti qaydalarını öyrənək” adlı təlimlərində iştirak edirlər. Mövzu ilə bağlı video-çarx göstərilir, məktəblilərə yol hərəkəti təhlükəsizliyi, o cümlədən yol nişanları, işıqfor, piyada keçidi, təhlükəsizlik kəmərindən istifadə və digər zəruri mövzular haqqında ətraflı məlumatlar verilir. Təlim keçərək sertifikat alan şagirdlər Formula-1 simulyator yarışlarında mübarizə aparırlar. Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin nümayəndəsi Sevda Cahangirova simulyator yarışlarının keçiriləcəyi növbəti rayonların adlarını açıqlayır. Ümumilikdə 6 bölgəni əhatə edən çempionatın ilk mərhələsində hər region üzrə bir qalib seçilir. Qaliblər Bakıda Novruz bayramı ərəfəsində keçiriləcək final mərhələsində yarışacaqlar. Yarışın sonunda qalibə və final mərhələsinin digər iştirakçılarına sertifikat və dəyərli hədiyyələr təqdim olunacaq.