https://youtu.be/dpVQ9G81y0s

Səbəbkarlar alıcılar özləridir

04 2018 13:45


Hazırda bazarlarda satıcıların bəziləri hələ də əqrəbli və daş tərəzilərdən istifadə edir. Misal üçün, Yevlaxda ət və ağartı məhsullarını satışı zamanı satıcılar ölçməni bu tərəzilərlə aparırlar. Bəzi satıcılar adi daşın içərisini oyaraq və ağır çəkili bir neçə dəmir hissəciyini biri-birinə bağlayıb çəki daşı kimi istifadə edirlər. Amma əksər alıcılar köhnə tərəzilərdən istifadənin gigiyenik baxımdan düzgün olmadığını deyirlər. Baş nəzarətçi Lətif Şahverdiyev bildirir ki, əslində bazarda köhnə tərəzilər yışıdırılsa da bəzi alıcılarda belə tərəzilərin çəkini düzgün göstərməsi fikri qalıb. Elə bu səbəbdən də bəzi piştaxtalarda köhnə tərəzilərə rast gəlinir.  Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət üzrə Dövlət Komitəsindən verilən məlumata görə, köhnə tərəzilərə ölçmə vasitəsi kimi şəhadətnamə verilmədiyindən onların istifadəsi qadağandır. Komitədən o bildirildi ki, ölçmə vasitələri vaxtaşırı müayinə olunmalıdır.