https://youtu.be/dpVQ9G81y0s

İdmançılar uğur qazanıb

04 2018 13:47


Mingəçevirdən olan güləşçilər növbəti uğura imza atıb. Paytaxt Bakıda təşkil edilən yarışda uğurla çıxış edərək medal qazanıblar. Respublika çempionatında Mingəçevirdən olan 10 güləşçi də mübarizə aparıb. “Nur” şəhərinin komandasının qazancı iki medal olub. 80 kiloqram çəki dərəcəsində Eldar Məmmədov bütün rəqiblərini üstələyərək yarışın qalibi adını qazanıb. 77 kiloqram çəkidə mübarizə aparan Cavanşir Qasımov isə fəxri kürsünün 3-cü pilləsində qərar tutub. Hər iki güləşçi medal və diplomla mükafatlandırılıb. Mingəçevir güləş komandasının məşqçisi Xəzər Allahverdiyev yetirmələrinin yarışdakı çıxışını qənaətbəxş hesab edir.Qeyd edək ki, hər iki güləşçi Azərbaycan millisinin əsas heyətinə cəlb olunublar. Beynəlxalq turnirlərdə çıxış etmək hüququ əldə ediblər.