Fransadan torpaq gətirdi

06 2018 11:40


1947-ci ildə 19 yaşı olarkən sevgisinin arxasınca Fransadan İmişliyə gələn İbonna Botto Şirməmmmədovanın 40 yas mərasimi təşkil edilib. Dini etiqadına görə, xristian olsa da dünyasını müsəlman kimi dəyişən İb onna Şirməmmədovanın anım mərasiminə Fransadan əmisi qızı və başqa qonaqlar gəlib. Əmisi qızı deyir ki, İbonna Botto Şirməmmədova ilə sonuncu dəfə 6 il öncə görüşür. Sonrakı illərdə isə yalnız zəngləşərək əlaqə saxlayır. İndi isə Fransadan gətirdiyi torpağı onun məzarı üzərinə tökür.  Fransanın ölkəmizdəki səfirinin birinci müşaviri Fabian Dğolozinski İbonna Botto Şirməmmədovanı Azərbyacanla Fransanı birləşdirən rəmz kimi görür. Qeyd edək ki, Birinci Dünya Müharibəsi başa çatdıqdan sonra öz sevgilisi ilə birlikdə Fransadan Azərbaycana gələn İbonna Botto Şirməmmədova ömrünün sonun qədər İmişlinin Murğuzallı kəndində yaşayıb.