https://youtu.be/dpVQ9G81y0s

Arıçılıq təsərrüfatı yaradılacaq

06 2018 11:48


Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində arıçılıq təsərrüfatları yaradılacaq. Bu “Cocuq-Mərcanlıdan Şuşaya qədər” layihəsi çərçivəsində gerçəkləşdiriləcək. İlkin mərhələdə Cocuq Mərcanlıda 10 nəfərə 150 arı ailəsi paylanılacaq. Bu işi Azərbaycan Arıçılar Assosiasiyası həyata keçirəcək. Arı ailələrinin bəslənməsində sakinlərə dəstəyi isə ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən arıçılar verəcəklər. Cocuq Mərcanlı sakinlərinə təcrübəli arıçıların bilgilərindən yararlanmaq imkanı yaradılacaq. Arıçılar bu işi könüllülük prinsipi ilə həyata keçirəcəklər. Bununla Cocuq Mərcanlı kənd sakinlərinin həm məşğulluqları təmin olunacaq, həm də maddi durumları yaxşılaşacaq. Uzun müddətdir arıçılıqla məşğul olan kənd sakini Oqtay Həziyev isə mövcud təsərrüfatını daha da inkişaf etdirmək niyyətindədir. Mütəxəssislər kənddə arıçılığı inkişaf etdirmək üçün mövcud şəraitlə yerindəcə tanış olublar. Qeyd edək ki, arı ailələri kənd sakinlərinə yaxın günlərdə veriləcək.