Təmas xəttinə yaxın kəndlərdə od çərşənbəsi...

07 2018 11:02


Təmas xəttinin yaxınlığındakı kəndlərimizdə çərşənbə tonqalı qalanıb. Sakinlər milli adət-ənənəyə sadiqlik nümayiş etdiriblər. Azərbaycanın el adətləri və əlamətdar bayramlarının hansı günlərə təsadüf etdiyini yaxşı bilən ermənilər, hər il Novruz bayramı ərəfəsində təmas xəttində yaşayan əhali arasında xof yaratmağa çalışır. Bütün bunlara baxmayaraq təmas xəttinə yaxın ərazidə yaşayan sakinlər bayram tonqalı yandırırlar. Daha bir bayram tonqalı Ağdamın Qaradağlı kəndində yandırıldı. Kənd sakinlərinin milli adət-ənənələrimizi belə arxayın şəkildə qeyd etməsi təsadüfi deyil. Onlar ordumuzun gücü və qüdrətinə güvənirlər. Azyaşlılar da düşməndən qorxmurlar. Onlar bayram sevincini böyüklərdən də çox yaşayırlar. Kənd sakinləri od çərşənbəsini qeyd etdikləri kimi Novruz Bayramı günü də milli ənənəmizi əsl el adəti ilə keçirəcəklər.