Havalar soyuyarsa, nə baş verə bilər?

07 2018 11:06


Əgər havanın temperaturu aşağı düşərsə, bağlar üçün ciddi təhlükə yaranacaq. Bağbanlar təhlükəyə qarşı bir az da ehtiyatlı olmağa çalışır. Qış mövsümü olmasına baxmayaraq havaların isti keçməsi nəticəsində ağacların erkən oyanması bağbanları çaşdırıb. 25 hektara yaxın ərazidə müxtəlif meyvə ağcları bəsləyən Nofəl Nəsirov süni yolla da olsa oyanma prosesinə süni əngəl yaratmağa çalışır. Bağbanları mart-aprel aylarında qarın yağıb-yağmayacağı ehtimalı narahat edir. Mütəxəssislər bağ sahiblərinin narahatlığını əsaslı sayır. Onlar deyir ki, əgər bundan sonra havanın temperaturu aşağı enərsə, ağaclar üçün təhlükə yarana bilər. Ötən il hava şəraiti bulikindən fərqli olduğundan bağlarda da məhsuldarlıq yüksək olub. Lakin bu il vəziyyətin fərqli olması ehtimalı qalmaqdadır. Risq yaranarsa, bar az ola bilər.