https://youtu.be/dpVQ9G81y0s

Balıq yeminə tələbat yaranıb

08 2018 11:09


Balıqçıların yemlə bağlı çətinliyi yaranıb. Balıq yemlərinin əldə olunması baha başa gəlir. Əsasən nərə cinsli balıqların yetişdirilməsi məqsədilə sınaqlar aparılır. Sınaq prosesi başa çatdıqdan sonra bu cinsdən olan balıqların sayının artırılmasına başlanılacaq. Təsərrüfatçılar bildirir ki, yem əldə etmək üçün xeyli vəsait xərcləməli olurlar. Əgər yem ehtiyatı olarsa, bu sahəni daha inkişaf etdirmək mümkündür. Balıqların sayını çoxaltmaqla həm də bazarda bolluq yaratmaq olar. Tərtər rayon Kənd Təsərrüfatı İdarəsində də gəlirli sahə hesab edilən balıqçılığı irəliyə aparmaq hədəflənib. Qeyd edək ki, təsərrüfatda yetişdirilən balıqlar bir azdan satışa çıxarılacaq.