Onlar gələcəyin sahibkarlarıdır

08 2018 11:19


Aktivlərdən faydalanan aztəminatlı insanlar gələcəyin sahibkarlarına çevriləcək. Onlar bununla öz məşğulluq fəaliyyətlərinə digər insanların cəlb olunmasına da şərait yaradacaqlar.  Öz biznesini qurmaq üçün aktivlərdən faydalanmaq istəyənlər yaxın zamanda fərdi təsərrüfatlarla yanaşı, foto-video yaradıcılığı, mobil telefonların təmiri və kənd təsərrüfatı texnikalarının təmiri ilə məşğul ola biləcəklər. Regionda ən çox ehtiyac duyulan da elə məhz kənd təsərrüfatı texnikalarının təmiridir. Təlimçilər bildirir ki, öz binesini quran sakinlər kapitallarını artırmaqla gələcəyin sahibkarlarına çevriləcəklər. Qeyd edək ki, artıq bineslərinə başlayan sakinlər bunun faydasını görürlər. Bildirək ki, ideyalarını reallaşdırmaq istəyən aztəminatlı insanların bilik və bacarıqları əsas götürülərək öz gələcək biznesini qurmaq üçün təlimlərə cəlb edilir.