https://youtu.be/dpVQ9G81y0s

Torpaqlardan təyinatı üzrə istifadə ediləcək

15 2018 11:33


Əkin sahələrindən təyinatı üzrə istifadə edilərsə, göstəricilər də ürəkaçan olacaq. Mütəxəssislər həm əkin, həm də bağ sahələri olan fermerləri təsərrüfat işlərini məsləhət aldıqdan sonra həyata keçirməyə çağırırlar. Əgər mütəxəssis məsləhəti olarsa, məhsuldarlığın yüksək olacağına şübhə qalmayacaq. Torpaqlardan təyinatı üzrə istifadə edilməlidir. Yalnız bu halda yüksək məhsuldarlığa nail olmaq mümkündür. Mütəxəssislər fermerləri bu məsələdə diqqətli olmağa çağırır. Göyçaydan olan fermerlər əkin və bağ sahələrində yüksək məhsuldarlığa nail olmaq üçün bundan sonra Aqrar Universitetin mütəxəssisləri ilə məsləhətlər aparacaq. Universitetin mütəxəssisləri becərmə texnologiyası barədə təsərrüfatçıları hər an məlumatlandıra biləcəklər. Torpaqlardan təyinatı üzrə istifadə ediləcək. Boş torpaqlar da əkin işlərinə cəlb ediləcək. Mövcud istixanlarda isə da suvarma və bitkilərin qidalandırılması düzgün həyata keçirilməlidir. Bitkiyə verilən qida elementlərinin miqdarı və havalandırma sistemi normal vəziyyətdə olmalıdır. Mütəxəssislər bildirir ki, bütövlükdə fermerlər deyilənlərə əməl etsələr, əkin sahələrində yüksək məhsuldarlığa nail olacaqlar.