https://youtu.be/dpVQ9G81y0s

Əlavə xarici valyuta gətirmək olar

15 2018 11:41


Xaricdən dekorativ ağaclar gətirməyə ehtiyac yoxdur. Yerli sahibkarlar ölkədə dekorativ ağaclara yaranan tələbatı ödəmək gücündədir. Əksinə, belə ağacları xaricə ixrac etməklə ölkə iqtisadiyyatına töhfə vermək olar. Dekorativ ağacların xaricə satışını təşkil etməklə ölkəyə əlavə xarici valyuta gətirmək mümkündür. Ölkəmizdə yetişdirilən belə ağacların ixrac qabiliyyətinin yüksək olduğunu deyən sahibkarlar əlavə dəstək aldıqları təqdirdə bu məqsədin reallaşa biləcəyini söyləyirlər. Daxili bazarda da yerli dekorativ ağaclara tələbat azaldığını bildirirlər. Sahibkarlar bildirir ki, ölkəmizdə becərilən dekorativ ağaclar xaricdən idxal olunandan daha ucuzdur. Ekologiyanın qorunmasında mühüm rola malik olan belə ağaclar həm də tibbi baxımdan faydalıdır. Bəzi xəstəliklərin müalicəsində əhəmiyyətli hesab edilir. Qeyd edək ki, hazırda satış səviyyəsi aşağı olduğundan sahibkarlar dekorativ ağacların əkilməsi prosesini də təxirə salıblar.