https://youtu.be/dpVQ9G81y0s

İxrac artırılacaq

15 2018 11:43


İstixana şəraitində yetişdirilən pomidorun əsas satış bazarı hazırda Rusiyadır. Amma sahibkarlar Azərbaycan pomidorunun xarici satış bazarını daha genişləndirəcəklər. Şirvandakı istixanada yetişdirilən pomidor məhsulunun Rusiya bazarlarına ixracı artırılacaq. Ümumilikdə, 50 ton məhsulun toplanması gözlənilir ki, bunun da 40 tonu xarici bazarlara çıxarılacaq. Lakin ötənilki qiymətlərlə builki qiymətlər arasında fərq yaranıb. Məhsulu xarici bazarlara çıxarmaq istəyənlər pomidoru aşağı qiymətə alırlar. Sahibkarlar gələn il istixanaların ərazisini genişləndirməyi və  və daha çox məhsul yetişdirməklə ixracı artırmağı düşünürlər. İstixanaların ərazisi genişləndikdə isə orada çalışmaq üçün daha çox işçi qüvvəsi lazım gələcək.