https://youtu.be/dpVQ9G81y0s

Məktəblilər ağac əkir

15 2018 23:10


Ölkə üzrə ağacəkmə kampaniyası davam etdirilir. Bu dəfəki aksiyaya məktəblilər də qoşulub. Torpağa 200-dən çox meyvə ağacı basdırılıb. İmişli rayon Aranlı kənd 2 saylı tam orta məktəbinin həyətində meyvə ağacları əkildi. Ağacəkmə kompaniyasında aktiv iştirak edən məktəblilər təbiətə öz töhfələrini verdilər. Məktəb ərazisində əsasən meyvə ağacları əkildi. Torpağa basdırılan ağaclar təbiətin mühafizəsi və ərazinin yaşıllaşdırılması baxımından əhəmiyyətli olacaq. Əkilən ağaclar suvarıldı, onlara aqrotexniki qulluq göstərildi. Ağacəkmə kompaniyasının növbəti illərdə də həyata keçirilməsi nəzərdə tutulur.