https://youtu.be/dpVQ9G81y0s

Bayram ərəfəsində bazarlarda ət ucuzlaşıb

15 2018 23:15


Novruzda 4 nəfərdən ibarət ailə bayram süfrəsi açmaq üçün 80-100 manat xərcləməli olacaq. Əgər, ailə plov bişirəcəksə, 1 kiloqram mal ətinə 9 manat, 1 kiloqram düyü üçün 3, şabalıda görə 8, 300 qram qaysı, 300 qram kişmiş, yarım kiloqram gavalı qurusu üçün 3-4 manat pul xərcləməlidir. Hərəsindən 1 kiloqram olmaqla, 2 kiloqram qoz və fındıq almaq istəyən 10 manatından keçməlidir. Bayram ərəfəsində bazarlarda ət də ucuzlaşıb. Süfrəsində çərəz görmək istəyənlərin də əli cibində olmalıdır. Belə ki, hər birindən ayrılıqda 200-300 qram qoz və fındıq ləpəsi, badam, yer fındığı almaq üçün 13-15 manat xərc çəkmək lazım gələcək. Ən bahalı qoz ləpəsinin qiyməti 20 manatdır. Yerli meyvələrin qiyməti xaricdən gətirilənə nisbətdə çox aşağıdır. Fərq 1-2 manat aralığında dəyişir. Bayram şirniyyatlarının hazırlanması üçün gərəkli olan ağartı məhsullarının qiymətində hələ ki yüksəlmə müşahidə olunmur. Satıcılar qiymətin endiyini deyir. Kənd yumurtası da 4-5 qəpik uzulaşıb. Bayram günü yaxınlaşdıqca, əsasən xaricdən gətirilən alma, portağal, armud kimi məhsulların qiymətinin artacağı istisna olunmur.