https://youtu.be/dpVQ9G81y0s

Aşağı faizli güzəştli kredit veriləcək

15 2018 23:37


Şəkər çuğunduru yetişdirən fermerlərə aşağı faizlə dövlətin güzəştli kreditləri veriləcək. Bu şəkər çuğunduru sahələrinin genişlənməsinə təkan verməklə, yerli xammalı artıracaq. Şəkər çuğunduru əkib-becərən fermerlərə güzəştli kreditlər illik faiz dərəcəsi 3%-dən artıq olmamaqla veriləcək. 1472 fermer bu kreditlər hesabına 7 min hektar sahədə şəkər çuğunduru əkəcək. Güzəştli kreditlərin verilməsi müvəkkil bank vasitəsilə həyata keçiriləcək. Sahibkarlığa Kömək Milli Fondununu İcraçı direktoru Şirzad Abdullayevin sözlərinə görə, güzəştli kreditlərin iri sahibkarlar üzərindən verilməsi riskləri azaldacaq. Şəkər istehsalı müəssisəsi əldə olunacaq xammalın tədarükünü təmin edəcək. Şəkər çuğunduru istehsalının çoxalması emal müəssisəsinin yerli xammalla təminatını artırmaqla bu sahədə idxaldan asılılığın azalmasına imkan verəcək.