https://youtu.be/dpVQ9G81y0s

Məzarlıq otlağa çevrilib

28 2018 12:09


Mal-qaranın örüş yerinə çevrilən Kürdəmirin Xırdapay kəndinin qəbiristanlığından danışacağıq. Günün istənilən vaxtında qəbiristanlıqda heyvanlara rast gəlmək mümkündür. Kürdəmir rayonunun Xirdapay kəndinin ərazisindəki 100-dən artıq yaşı olan qəbiristanlıqda mal-qara otlayır. Məzarlığa təmənnasız gözətçilik etdiyini deyən Zahid Zərbalıyevin sözlərinə görə, dörd bir tərəfdən hasarla əhatə edilən əraziyə girən heyvanlar elə kənd sakinlərinin özlərinə məxsusdur. Heyvanlar ərazini natəmiz hala salırlar. Gözətçi deyir ki, bu barədə sakinləri dəfələrlə xəbərdar etsə də nəticəsi olmur. Qəbiristanlıqda yaxınları uyuyan kənd sakinləri isə hevanlarına nəzarət etməyi yox, məzarlığın nəzarətinin gücləndirilməsini istəyirlər. Xırdapay kənd icra nümayəndəliyindən isə bildirilir ki, qəbiristanlığın giriş hissələrinə xəbərdarlıq lövhələri vurulacaq. Buna məhəl qoymayanlar barəsində isə ciddi tədbirlər görüləcək. Kənd icra nümayəndəsinin sözlərinə görə, vətəndaşlar xəbərdarlıq lövhələrində yazılanlara əməl etsələr, bu məsələ öz həllini tapacaq.