https://youtu.be/dpVQ9G81y0s

Rusiya yığması Mingəçevirə gəlib

30 2018 16:13


Rusiyanın avarçəkənlərdən ibarət yığma komandası təlim-məşq toplanışı keçirmək üçün Mingəçevirdə yerləşən “Kür” Olimpiya Tədris İdman Mərkəzi”nə gəlib. İdmançıların gəlişinin əsas məqsədini sıradakı süjetimizdən biləcəksiniz. Rusiyalı idmançılar 40 gün ərzində Kür Olimpiya Tədris İdman Mərkəzində hazırlıq keçirlər. Qonşu ölkənin yeniyetmə qız və oğanlardan ibarət əsas, böyüklərdən ibarət isə ikinci yığma komandasının tərkibində 60 idmançı və 5 məşqçi yer alır. Hazırlıq prosesi iki mərhələdə aparılır. Təlim-məşq çərçivəsində Rusiya millisi Mingəçevirdə baş tutan beynəlxalq “Prezident kuboku” reqatasında qüvvələrini sınayıb. Kür Olimpiya Tədris İdman Mərkəzinin nümayəndəsi Azər Hüseynov deyir ki, avarçəkənlər yaradılan şəraitdən şəmərəli istifadə edirlər. Qeyd edək ki, Rusiya millisi aprel ayının ortalarına qədər Mingəçevirdə təlim məşq toplanışında olacaq.