https://youtu.be/dpVQ9G81y0s

Heyvanlar tələf oldu

30 2018 16:16

Kürdəmirdə xırdabuynuzlu heyvanlar arasında tələfat qeydə alınıb. Bu hal təsərrüfatçıları narahat etməyə başlayıb. Kürdəmir rayonunun Ərəbqubalı kənd sakini Əmrah Şirinovun fərdi təsərrüfatındakı qoyun və keçilər tələf olub. Təsərrüfatçı heyvanlar arasında xəstəliyin yayıldığı ehtimal edir. Heyvanlar arasında baş verən təlafatın səbəbləri təsərrüfat sahibinə bəlli deyil. Digər fermerlər də bundan narahatdır. Kürdəmir rayon Baytarlıq İdarəsinin rəisi Mehman Nəsirov heyvan ölümünün səbəbini helmintozlarla əlaqələndirir.  İdarə rəisinin sözlərinə görə, ölmüş heyvanların  cəsədlərindən nümunələr götrülərək respublika baytarlıq  labaratoriyasına göndərilib. Ölümün dəqiq səbəbi analizlərdən sona məlum olacaq.