https://youtu.be/dpVQ9G81y0s

Tarixi nümunələr tapıldı

30 2018 16:36

Ağsunun Gəgəli kəndindəki Nərgizava abidəsinin ərazisindən tarixi nümunələr aşkarlanıb. Ərazidə arxeoloji axtarışlar davam etdirilir. Eramızdan əvvəl 4-cü və eramızın 7-ci əsrinə aid tarixi eksponatlar Nərgizava abidəsindən tapılıb. Arxeoloqlar 60 santimetr dərinlikdə olan torpaq qəbirlərdə skeletlər və saxsı məmulatları aşkarlayıb. Nekropoldakı zəngin şəxsə malik olduğu ehtimal edilən skeletin əlləri və ayaqları arasında geyim olduğu ehtimal edilən  çürüntü qalıqları da aşkarlanıb. Tarixçilər Azərbaycan tarixinin qədimliyini sübut edən Nərgizava abidəsinin öyrənilməsinə ehtiyac olduğunu bildirirlər.  1998-ci ildə üzə çıxarılan Nərgizava nekropolundan sakinlərin təsadüfən aşkar etdiyi maddi nümunələr Milli Azərbaycan Tarixi Muzeyi və Ağsu rayon Tarix Diyarşünaslıq Muzeyinə təhvil verilib. Bugünə qədər nekropolda 120-dən çox torpaq, 25-dən artıq isə küp qəbir aşkar edilib.