https://youtu.be/dpVQ9G81y0s

Hər kəs erməni xislətini bilməlidir

30 2018 16:44

Hər bir azərbaycanlı ermənilərin xalqımıza qarşı həyata keçirdiyi soyqırım barədə məlumatlı olmalı və bunu gələcək nəsillərə ötürməlidir. Yaşayış məntəqələrimizi yerlə yeksan edən, insanları günahsız şəkildə qətlə yetirən ermənilərin iç üzünü hamı yaxşı bilməlidir. Tariximizin qan yaddaşını unutmaq olmaz. Ermənilərin azərbaycanlılara qarşı törətdiyi cinayətləri tarixi faktlar qarşısında gizlətmək mümkün deyil. Hər bir azərbaycanlı bu cinayətlərin miqyasını və ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımın dəhşətini yaxşı anlayır. Ermənilərin xalqımıza qarşı apardığı etnik təmizləmə siyasəti planlı şəkildə həyata keçirilib. 31 mart tarixinin azərbaycanlıların soyqırımı günü kimi qeyd olunması isə bu və ya digər tarixi faktların ictimaiyyətə təqdim edilməsində əhəmiyyət kəsb edir. Yevlaxda Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə də bu faktlara xüsusilə toxunulub. Soyqırım günü ilə bağlı tədbirlərin silsilə şəkildə davam etdiriləcəyi bildirilib.