https://youtu.be/dpVQ9G81y0s

Yubileyini anadan olduğu vətənində qeyd etdi

31 2018 15:51

Xalq artisti, professor Arif Babayevin 80 yaşı tamam olur. Xalq artisti ömrünün 80-ci baharını, anadan olduğu Ağdamda qarşılayıb. 80 illik ömrün sahibi Azərbaycan mədəniyyətində silinməz izlər qoyub. Professor Arif Babayevin verdiyi töhfələr ölçüyə gəlmir. Xalq artisti Mənsum İbrahimov müəllimi Arif Babayevi segahın əvəzolunmaz ifaçısı adlandırır. Muğama köklənən səsin məharətini ana laylası kimi qiymətləndirir. 80 yaşını qeyd edən professor Arif Babayevin isə bir arzusu var. Vətən torpağı erməni işğalından azad edildikdən sonra Qarabağa dizin-dizin sürünərək getmək. Yubiley mərasimi konsert proqramı ilə davam edib.