https://youtu.be/dpVQ9G81y0s

Kəşfiyyatçımız anılıb

02 2018 11:58

Qarabağ döyüşlərində şəhid olan kəşfiyyatçı Qaraş Əliyev anılıb. Şəhidin vətən yolunda qəhrəmanlıq göstərdiyi vurğulanıb. Şəhid Qaraş Əmir oğlu Əliyev 1971-ci ildə Ağcabədi rayonunun Hindarx kəndində anadan olub. Qarabağ müharibəsi zamanı könüllü olaraq ordu sıralarına yazılan Qaraş Əliyev Şuşa, Ağdam, Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib. Onun gətirdiyi kəşfiyyat məlumatları zamanı bir neçə uğurlu əməliyat həyata keçirilərək, düşmənə ağır zərbə vurulur. Qaraş Əliyev 1994-cü ildə növbəti kəşfiyyat əməliyyatı zamanı, 2 döyüş yoldaşı ilə birlikdə minaya düşür. Yaralanan döyüşçü 10 gündən sonra şəhid olur. Şəhid Qaraş Əliyevi tanıyanlar onun qəhrəmanlığından qürurla söz açırlar. Xatirəsini heç vaxt unutmurlar. Ölümündən sonra bir vaxtlar təhsil aldığı Hindarx qəsəbə 3 saylı ümumi orta məktəbə onun adı verilir. Şəhidin anım günü məktəbdə tez-tez qeyd edilir.