https://youtu.be/dpVQ9G81y0s

Tibbi müayinə təşkil edilib

02 2018 12:03

Bakıdan gələn həkimlər Göyçayda sakinləri tibbi müayinə ediblər. Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə bölgələrdə yaşayan əhalinin tibbi müayinələrdən keçirilməsi məqsədilə Bakı şəhərinin xəstəxanalarında çalışan yüksək ixtisaslı həkimlər Göyçay rayonuna ezam olunub. Rayon Mərkəzi Xəstəxanasında təşkil edilən əhalinin kütləvi tibbi-profilaktik müayinəsi zamanı Göyçay, Şamaxı, Ağsu, İsmayıllı, Qobustan, Ucar və Kürdəmir rayonlarından olan 100-ə yaxın vətəndaş tibbi müayinədən keçirilib. Bildirilib ki, tibbi müayinələr uğurla davam etdirilib. Qeyd olunub ki, Göyçay rayon Mərkəzi Xəstəxanasının binası və buradakı tibbi avadanlıqlar müasirdir. Buradakı şərait həkimlərə müraciət edən xəstələri düzgün müayinə etməyə və onların xəstəliyi barədə dəqiq diaqnoz verməyə imkan verir. Bu tibbi müayinələr xəstəliklərin erkən aşkar edilməsi, vaxtında diaqnoz qoyulması, müalicə və profilaktikası, eləcə də əhalinin sağlamlıq göstəricilərinin yaxşılaşdırılması baxımından əhəmiyyətlidir. Göyçay rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, rayonda fevral ayından başlayaraq əhalinin tibbi müayinəsi də davam etdirilir. Ötən vaxt ərzində 41 min 892 nəfər rayon sakini pulsuz tibbi müayinədən keçirilib.