https://youtu.be/dpVQ9G81y0s

Gizir şəhidlərimiz anıldı

03 2018 12:07

Aprel döyüşlərinin şəhidlərinin anım mərasimləri təşkil edilib. Onların iki il öncə göstərdiyi qəhrəmanlığın bir an belə yaddan çıxmadığı diqqətə çatdırılıb. 1990-cı ildə Ağcabədi rayonunun Hindarx qəsəbəsində anadan olan Dilsuz Məmmədağa oğlu Qarayev Azərbaycan silahlı qüvvələrində həqiqi hərbi xidmətini başa vurduqdan sonra  yenidən ordu sıralarına qayıdır. Gizir rütbəsində xidmətini davam etdirir. Azərbaycan ordusunun daha bir giziri, Nicat Bəhruz oğlu İsgəndərov da aprel döyüşlərinin igdlərindəndir. Valideynləri övladı ilə qürur duyur. Hər iki aprel şəhidinin anım mərasiminə toplaşan yaxınları və döyüş yoldaşları onların göstərdiyi qəhrəmanlıqlardan söhbət açıblar. Vətən üçün şəhid olan igidlərimizin hər zaman zirvədə olacaqları bildirilib. Qeyd edək ki, şəhid gizirlər Dilsuz Qarayev ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə, gizir Nicat İsgəndərov isə "İgidliyə görə" medalı ilə təltif edilib.